Rəis müavini: Bakıdakı yağıntı son 59 ilin rekord göstəricisidir
Bakıda sonuncu dəfə 1966-cı ildə rekord həddə yağıntı qeydə alınıb.
meqale.com xəbər verir ki, bunu Milli Hidrometerologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq dünən gecədən başlayaraq ölkə ərazisində qeydə alınan yağıntılı hava şəraiti 15 saatdır davam edir:
"Bu da illik normanın 22 faizini təşkil edir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir bu da aylıq normadan iki dəfə (217 faiz) çoxdur. Bununla yanaşı Böyük və Kiçik Qafqazda da düşən yağıntı aylıq normadan iki-üç dəfə çoxdur. Nəticədə 59 ildən sonra paytaxta yağan yağıntının miqdarında rekord qeydə alınıb".
O, digər ölkələrdə də analoji hava şəraitinin tez-tez müşahidə edildiyini vurğulayıb:
"İqlim dəyişimlərini nəzərə alsaq, bu cür gözlənilməz yağıntı hallarının olması normaldır. Tək Azərbaycanda deyil, digər ölkələrdə də bu cür hadisələr tez-tez müşahidə olunur. Buna nümunə olaraq Rusiyanın cənubunu, Türkiyə və İspaniya kimi ölkələri də misal çəkə bilərik".