“Real”ın ulduzu Bakıya gəlməyəcək
DÇ-2026 seçmə mərhələsində Azərbaycan və Ukrayna ilə qarşılaşacaq Fransa millisinin heyətində dəyişiklik edilib.
meqale.com-ın məlumatına görə, "Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa zədə səbəbindən komandadan kənarlaşdırılıb. Onun yerinə heyətə "Yuventus"un futbolçusu Kefren Türam dəvət olunub.
Xatırladaq ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.