"Real"da "yarpaq tökümü": braziliyalı ulduzu da gedir

"Real Madridin"ın daha bir ulduzunun komandadan ayrılacağı gözlənilir.

"Real Madridin"ın daha bir ulduzunun komandadan ayrılacağı gözlənilir.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı hücumçu Rodriqo ən qısa zamanda klubundan getmək istəyir.

Mənbəyə görə, o, artıq özünü komandanın bir hissəsi kimi görmür.  Hətta futbolçu Ançelottidən "Barselona" ilə son oyuna onu buraxmamasını istəyib. Bunu özünü hazır hiss etməməsi ilə əlaqələndirib.

Məşq zamanı isə gərginlik yaşandığı və Rodriqonun məşq başlayandan 15 dəqiqə sonra məşqçisi ilə danışıb dərhal məşq bazasını tərk etdiyi deyilir.

Bunlara baxmayaraq, oyunçunun "Malyorka" ilə qarşılaşmasında forma geyinəcəyi gözlənilir.

Rodriqo 2024/25 mövsümündə bütün turnirlərdə 50 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarktdə onun dəyəri 100 milyon avrodur.