Lənkəran sakini bıçaqlandı - Şübhəli qardaşıdır

Dünən Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lənkəran sakini bıçaqlandı - Şübhəli qardaşıdır
Dünən Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

meqale.com xəbər verir ki, Lənkəran şəhər sakini Emral Əmin oğlu Mirzəyevin qardaşı Semrala bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Mirzəyev xəstəxanaya çatdırılıb.

Hadisənin saat 15 radələrində qardaşlar arasında münaqişə zamanı baş verdiyi bildirilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə iş başlanılıb, istintaq aparılır.