Qurban Qurbanovun türkiyəli jurnalistin sualına cavabı GÜNDƏM OLDU - VİDEO
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Türkiyədə verdiyi açıqlama sosial şəbəkələrdə böyük maraq doğurub.
meqale.com xəbər verir ki, Mətbuat konfransında türkiyəli jurnalist ona belə bir sual ünvanlayıb:
"Türkiyədə klublar bir futbolçuya ayırdıqları büdcə ilə komanda qururlar, amma siz həmin büdcələrdən dəfələrlə aşağı imkanlarla bu cür uğurlar əldə edirsiniz. Bunun sirri nədir?"
Jurnalistin sualı həm Azərbaycan, həm də Türkiyə mediasında diqqət çəkib. Qurban Qurbanovun cavabı isə izləyicilər tərəfindən geniş müzakirə olunub.
Təcrübəli mütəxəssis uğurlarının səbəbini belə izah edib:
"Heç vaxt hansısa klubun büdcəsinin bizdən üstün olmasını düşünməmişəm. O komandalarla özümüzü yan-yana qoymuram".
Qurbanovun bu fikirləri sosial şəbəkələrdə yüksək qiymətləndirilib. İzləyicilər onun səmimi və prinsipial yanaşmasını, eləcə də "Qarabağ"ın məhdud resurslara baxmayaraq Avropada göstərdiyi nəticələri xüsusi vurğulayıblar.
Açıqlama həm Azərbaycan, həm də Türkiyə futbolsevərləri arasında geniş müzakirə doğurub.