Qurban Qurbanov xarici komanda çalışdıracaq?

"Qurban Qurbanova hər hansısa klubdan rəsmi təklif olmayıb".

Qurban Qurbanov xarici komanda çalışdıracaq?
"Qurban Qurbanova hər hansısa klubdan rəsmi təklif olmayıb".

meqale.com xəbər verir ki, bu barədə oxuya açıqlamasında "Qarabağ" klubunun Kommunikasiya Departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, sosial mediada "Spartak Moskva" (Rusiya) və "Benfika" (Portuqaliya) klublarının Qurban Qurbanovu baş məşqçi postuna əsas namizəd kimi nəzərdən keçirmələri barədə xəbərlərə münasibət bildirib:

"Qarabağ" klubu bu gün Misli Premyer Liqasında keçiriləcək "Sumqayıt"a və dörd gün sonra UEFA Çempionlar Liqasında "Napoli"yə qarşı keçiriləcək oyunlara hazırlaşır. Heç bir klubdan Qurban Qurbanova rəsmi təklif olmayıb".

Qeyd edək ki, son zamanlar mediada yayılan məlumatlara görə, baş məşqçi problemi ilə qarşılaşan "Spartak Moskva" və "Benfika" klubları baş məşqçi postuna əsas namizəd kimi Qurban Qurbanovu nəzərdən keçirirlər.