Qəzalı işıq dirəyi aşaraq yanğına səbəb oldu
Cəlilabad rayonunda işıq dirəyinin aşması nəticəsində yanğın olub.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.
Belə ki, uzun müddətdir qəzalı vəziyyətdə olan işıq dirəyi aşıb, nəticədə elektrik naqillərində yaranmış qığılcımlar ətrafa səpələnib.
Bu zaman biçilmiş əkin sahələrində yanğın başlayıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası tərəfindən yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.