“Qazancım xaricdəndir” - Lətifə
Opera və vokal ifaçısı Lətifə Soyuöz "RTV" kanalından yayımlanan "Çərçivədən kənar" verilişinin qonağı olub.
Toylara getmədiyini söyləyən sənətçi proqramın aparıcısı Türkan Məmmədlinin "Qazancın haradandır" sualını geniş şəkildə cavablandırıb.
Soyuöz bildirib ki, onun əsas gəliri sahib olduğu kosmetik markadandır:
"Mərhum nənəm iş xanımı olub. Onun öz binzesi var idi. İndi o biznesin idarəçiliyi həm anamda, həm də məndədir. Mənim qazanc yerim təkcə kosmetika brendim deyil. Mənim qazancım xaricdəndir, Azərbaycandan deyil. Kosmetika brendinim məhsulları xaricdə daha çox satılır. Xaricdə buna bir başqa dəyər verilir. Məhsullar fərqli qiymətə satılır. Hər zaman mənə deyirdilər ki, nənən biznes sahəsində çox uğurlu bir xanım olub. Bizə elə gəlir ki, səndə onun yolu ilə gedəcəksən. Elə də oldu... Kosmetika brendim mənə xaricdən daha çox gəlir və qazanc gətirir nəyin ki, öz ölkəmizdən".
"Oğlun Arif atası ilə görüşür?" sualına Lətifənin cavabı belə olub: