“Qarabağ” və “Ayaks” oyununun biletləri satışa çıxarıldı

"Qarabağ" və "Ayaks" oyununun biletləri satışa çıxarılıb.

“Qarabağ” və “Ayaks” oyununun biletləri satışa çıxarıldı
"Qarabağ" və "Ayaks" oyununun biletləri satışa çıxarılıb.

meqale.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, biletlər saat 15:00-dan satışa çıxarılıb.  

Standart biletlərin qiyməti:

10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilər.

Stadiona giriş yalnız QR bilet ilə mümkün olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.