“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Misli Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi
Futbol üzrə Misli Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.

meqale.com xəbər verir ki, son çempion "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. Ev sahibi komanda isə 20 xalla 5-ci pillədədir.

Günün ilk görüşündə "Kəpəz" "Karvan-Yevlax"ı üstələyib - 2:1.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.