Qalmaqallı qərardan sonra 6 ölkə Avroviziyanı boykot etdi

Avropa Yayım Birliyinin (EBU) İsrailin 2026-cı il "Eurovision" Mahnı Müsabiqəsində iştirakını təsdiqləməsindən sonra altı ölkə - İspaniya, Hollandiya, Sloveniya, Belçika, İslandiya və İrlandiya - yarışmadan çəkildiklərini açıqlayıb.

meqale.com xəbər verir ki, İsrailin müsabiqəyə qəbul edilməsi, xüsusilə Qəzza zolağında baş verənlərə görə beynəlxalq ictimaiyyətin ciddi reaksiyası fonunda böyük müzakirələrə səbəb olub.

EBU-nun keçirdiyi səsvermə nəticəsində İsrailin 2026-cı ildə səhnəyə çıxmasına rəsmi razılıq verilib.

Bu qərar Avropada geniş reaksiyaya yol açıb və bir neçə ölkə bunu etirazla qarşılayaraq müsabiqədən geri çəkilib. Belçika, Hollandiya, İspaniya, İrlandiya, İslandiya və Sloveniya İsrailin iştirakına etiraz olaraq "Eurovision 2026"dan imtina etdiklərini bildiriblər.