"Qalatasaray"ın hücumçusu dünyanın ən bahalı avtomobilini aldı - FOTO

"Qalatasaray"ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.

"Qalatasaray"ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.

meqale.com lente istinadən bildirir ki, argentinalı futbolçu özünə hazırda cəmi üç nüsxədə istehsal olunan "Rolls-Royce" alıb. 

Bu avtomobilin qiyməti 26 milyon avro olaraq qiymətləndirilir. İddialara görə, avtomobilin üç nüsxəsindən biri mirvari hasilatı ilə zəngin olan bir sənayeçiyə, digəri Jay-Z və Beyonseyə, üçüncüsü isə Mauro İkardiyə satılıb.

Xatırladaq ki, ötən mövsüm 30 yaşlı hücumçu Türkiyə Superliqasında 24 matçda iştirak edib. Bu oyunlarda 29 məhsuldar ötürmə, 22 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt-ın verdiyi məlumata görə, futbolçunun bazar dəyəri 19 milyon avrodur.