Priqojin və Utkinin abidəsi dağıdıldı

Sevastopol sakini "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və komandir Dmitri Utkinin həmin şəhərdə qurulan abidəsini dağıdıb.

Priqojin və Utkinin abidəsi dağıdıldı
Sevastopol sakini "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və komandir Dmitri Utkinin həmin şəhərdə qurulan abidəsini dağıdıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Baza Telegram" kanalı məlumat yayıb. 

Belə ki, 21 yaşlı rusiyalı şəxs  Priqojin və Utkinin portretlərini və  Rusiya bayrağını təpiklə vuraraq dağıdıb. 

Şahidlərin qışqırmasından sonra vətəndaş hadisə yerindən qaçıb.

Hazırda həmin şəxs polis tərəfindən saxlanılıb.