Ərdoğan və Meloni G20-də kritik danışıqlar apardı: gündəmdə Qəzza və Ukraynadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşərək ikitərəfli əlaqələri, eləcə də Qəzza və Ukrayna ilə bağlı vəziyyəti müzakirə edib.

meqale.com xəbər verir ki, görüşdə Ankara və Roma arasında əməkdaşlığın, xüsusilə müdafiə sənayesi sahəsində genişləndirilməsi məsələləri ön plana çıxıb.

Prezident Ərdoğan iki ölkə arasında əlaqələrin hərtərəfli dərinləşdirilməsinin həm Türkiyə, həm də İtaliya üçün mühüm töhfə verəcəyini vurğulayıb.

Söhbət zamanı Qəzzada davamlı atəşkəsin təmin olunması, eləcə də Rusiya-Ukrayna müharibəsi kontekstində İstanbul danışıqlarının bərpasının vacibliyi də müzakirə mövzuları arasında yer alıb.