Samirin ailəsinin son durumu açıqlandı
Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı həlak olan Samir Məhəmmədovun ailəsinin son durumu açıqlanıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ailənin yaxını məlumat yayıb.
Onun sözlərinə görə, 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl və anası Marta Ramazanovanın vəziyyəti ağır olaraq qalır.
Onlara pnevmoniya diaqnozu qoyulub. Bundan əlavə, Martanın gözləri də zədələnib.
Ana və oğlu özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə köçürülüb.