Poqba qayıdır

"Monako"nun yarımmüdafiəçisi Pol Poqba uzun müddətdən sonra yenidən rəsmi matçda iştirak edəcək.

Poqba qayıdır
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba uzun müddətdən sonra yenidən rəsmi matçda iştirak edəcək.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçu Liqa 1-in 13-cü turunda "Renn"ə qarşı keçiriləcək oyunda komandaya kömək edəcək.

Bu qarşılaşma 32 yaşlı Poqbanın 26 ay sonra yaşıl meydanlara dönüşü olacaq. O, son dəfə 2023-cü ilin sentyabrında "Yuventus" forması ilə "Empoli"yə qarşı meydana çıxmışdı.

Qeyd edək ki, Poqba dopinq qaydalarını pozduğu üçün uzun müddət futboldan uzaq qalmış, cəzasını başa vurduqdan sonra 2025-ci ilin yayında azad agent statusu ilə "Monako"ya keçmişdi.