Polşa klubu Koxalskidən əl çəkmir: "Qiyməti əvvəlkindən daha yüksək ola bilər"

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşada karyerasını davam etdirə bilər.

Polşa klubu Koxalskidən əl çəkmir:
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşada karyerasını davam etdirə bilər.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, istedadlı qolkiperlə maraqlanan klub "Vidzev Lodz" olub. Polşa təmsilçisi qış fasiləsində Koxalskini heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, Lodz klubu polşalı qapıçını mövsümün əvvəlindən izləyir: "Lakin o vaxtdan bəri vəziyyət xeyli dəyişib. Koxalski UEFA Çempionlar Liqası oyunlarında "Qarabağ"ın formasını geyinib və xüsusilə "Napoli"yə qarşı çıxışı uğurlu olub. Bir neçə möhtəşəm seyv edən Koxalski indi əvvəlkindən daha yüksək transfer qiymətinə malik ola bilər", - deyə mənbə bildirir.

Qeyd edək ki, Mateuş Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Hazırda "Vidzev Lodz" Polşanın yüksək liqasında 18 komanda arasında 15-ci sıradadır.