“Pişik Günel”: Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib
Müğənni Günel Ələkbərova (Pişik Günel) şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.
meqale.com xəbərinə görə Günel deyib ki, övladı rəsmi nikahsız dünayaya gəlib:
"Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib. On iki ildir ki, qızımın atası ilə münasibətimiz var. Qızımın da artıq 10 yaşı var. Mənim üçün əsas odur ki, o, qızımın yanındadır. Əsas odur qızıma ata sevgisi göstərir. Mən hər zaman demişəm ki, atası qızımın yanında olduğu müddətdə başımın tacıdır.