Ostankino teleqülləsində partlayış təhlükəsi olub
Moskvada Ostankino teleqülləsində partlayış təhlükəsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, naməlum şəxslər zəng edərək teleradio yayım qülləsinin minalandığını bildiriblər.
Bütün işçilər təcili təxliyə edilib.
Hazırda Ostonkinoya kinoloqların gəldiyi bildirilib.