“Ona görə kişim yoxdur ki...” - FOTO
14 fevral "Sevgililər günü"ndə Bakıda konsert proqramı ilə çıxış edən Rusiyanın estrada ulduzu Alsu şəxsi həyatı ilə bağlı açıqlama verib.
meqale.com bildirir ki, 41 yaşlı sənətçi bununla bağlı "Strasti" nəşrinə danışıb.
"İndi mən yalnız sənətimlə məşğulam. Hər gün səs yazma studiyasında mahnılar yazdırıram və çəkilişlərim olur. Bunlar mənə güc və əhvalıma şənlik qatır. Amma kişim yoxdur, çünki buna vaxtım yoxdur" - deyə, Alsu vurğulayıb.
Hazırda üç övladından ilham alan Alsu nə vaxtsa daha bir uşaq dünyaya gətirəcəyi ehtimalından da söz açıb:
"Bu Allahın əlində olan bir məsələdir. Bunu isə mən proqnozlaşdıra bilmərəm".