Tanınmış azərbaycanlı müğənni illər sonra EFİRDƏ - VİDEO

Uzun illərdir efirlərdən uzaq düşən müğənni Yaqut Babayeva səhhətindən və sənətdən uzaqlaşmasının səbəblərindən danışıb.

Tanınmış azərbaycanlı müğənni illər sonra EFİRDƏ - VİDEO
Uzun illərdir efirlərdən uzaq düşən müğənni Yaqut Babayeva səhhətindən və sənətdən uzaqlaşmasının səbəblərindən danışıb.

meqale.com xəbər verir ki, sənətçi "Günə Uğurla" verilişinin qonağı olaraq illər sonra efirə çıxıb.

Yaqut Babayeva bildirib ki, artıq fəaliyyətini əsasən kənardan izləyir və bunu təqaüdə çıxması ilə əlaqələndirir:

"37 il oxudum, bəs deyil? Nəvələrimlə məşğul oldum. Mədəniyyət evində çalışırdım, yaşım 65 olduqdan sonra yollarımızı ayırdıq", - deyə müğənni söyləyib.

Sənətçi həmçinin səhhətində yaranan problemlərə görə əməliyyat keçirdiyini deyib: "Bu yaxınlarda öd kisəmdən əməliyyat oldum. Özümü yaxşı hiss edirəm".

Yaqut Babayeva həmçinin efirdə Əməkdar artistlərin biri ilə arasında inciklik yarandığını, buna isə tanınmış aparıcılardan birinin səbəb olduğunu bildirib.