Oğuzda maşın aşdı, bir ailənin dörd üzvü xəsarət aldı

Oğuzda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb. 

Oğuzda maşın aşdı, bir ailənin dörd üzvü xəsarət aldı
Oğuzda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb. 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kərimli-Oğuz-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, hərəkətdə olan "Chevrolet" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə bir ailənin 4 üzvü, Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Şirinov Kəbirağa Elbrus oğlu, 1993-cü il təvəllüdlü Şirinova Sevda Şəmşid qızı, 2013-cü il təvəllüdlü Şirinov Elbrus Kəbirağa oğlu və 2012-ci il təvəllüdlü Şirinov Hüseyn Kəbirağa oğlu müxtəlif dərəcəli bədən xasarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yərləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.