O, Ukraynanı vətəndaş müharibəsinə aparır - Soskin

Ukrayna lideri Vladimir Zelenski öz hərəkətləri ilə ölkəni vətəndaş müharibəsinə apara bilər.

O, Ukraynanı vətəndaş müharibəsinə aparır - Soskin
Ukrayna lideri Vladimir Zelenski öz hərəkətləri ilə ölkəni vətəndaş müharibəsinə apara bilər.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

"Həqiqətdə əks-hücum yoxdur. Baş Qərargah orada uğurla bağlı nəsə deyir. Hamısı yalandır. Heç kim irəli getmir. Görünür, buna görə məsuliyyət daşımağın vaxtı çatıb", - o bildirib.

Soskin hesab edir ki, Zelenski hərbi münaqişə zamanı ölkəni idarə edə bilmir və Ukrayna ordusunun cəbhədəki uğursuzluqlarını gizlətmək üçün hər şeyi edir.