Nura Suri: "Dəblə, trendlə idarə olunan insan vücudlu robot beyinli məxluqlar..."

"İnsan beyni "hack" olunub. Buna şübhəniz olmasın. Bizi idarə etmək o qədər asanlaşıb ki... İnsan doğulduğu gündən bəyənilmək, sevilmək, dəyərləndirilmək üçün çaba göstərir. Şüurlu ya şüursuz fərq etmir. Alqoritmlər elə qurulub ki, botların vasitəsi ilə ən cılız, məntiqsiz, mənasız, sözlər, mahnılar, insanlar daha çox trend olur, bəyənilir".

Nura Suri:

meqale.com olay-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. 

"İnsanlar da bunu "bəyəniblərsə, mən də edim, mən də dəyərləndirilim" düşüncəsi ilə danışıb hərəkət edir və beləliklə, kütlə zənn etdiyi əslində isə botlar tərəfindən idarə olunaraq mənəvi, intellektual inkişafdan geri qalır" - deyə N.Suri qeyd edib.  

Sənətçi bildirib ki, "Tik-tok", "Youtube" və sair kimi şəbəkələrə nəzər yetirənlər, bunun şahidi ola bilərlər: "Dəblə, trendlə idarə olunan insan vücudlu robot beyinli məxluqların zəmanəsində yaşayırıq. 

Belə gedişlə də süni intellekt qalib gələcək. Tezliklə homosapienslərdən (insanları heyvanlardan və digər canlı növlərindən ayıran bir termin) əsər-əlamət qalmayacaq.