"Neftçi" "Səbail"lə də bacarmadı

Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

meqale.com report-a istinadən xəbər verir ki, ilk turu məğlubiyyətlə başa vuran "Neftçi" və "Sabail" komandaları üz-üzə gəliblər.

"Neftçi Arena"dakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hesabı 34-cü dəqiqədə qonaqlardan Pedro Nunu açıb. 82-ci dəqiqədə Kenni Sayef penaltini dəqiq yerinə yetirək "ağ-qaralar"ı məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra ilk xallarını qazanan komandalar müvafiq olaraq 8 və 9-cu yerləri tuturlar.

Qeyd edək ki, əvvəlki oyunlarda "Araz-Naxçıvan" "Qəbələ"ni 2:0, "Zirə" "Kəpəz"i 1:0, "Qarabağ" "Turan Tovuz"u 3:0 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Sabah" matçı isə Bakı klubunun istəyi ilə təxirə salınıb.