Nə qədər ki, Azərbaycan hərbi gücə əl atmayıb… - Papoyan
Nə qədər ki, Azərbaycan böyük hərbi əməliyyatlara əl atmayıb, danışıqlar effektlidir.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri iyulun 7-də Ermənistan parlamentində "Mülki müqavilə" fraksiyasının deputatı Gevorq Papoyan deyib.
"Danışıqlarda bəzi məsələlər razılaşdırılıb, bəzi məsələlər isə yox. Nə üçün sülh müqaviləsi üç ay əvvəl və ya indi imzalanmadı? Çünki bizim üçün qırmızı xətt olan və hələ razılaşdırılmamış məsələlər var. Məsələn, onlardan biri odur ki, biz Ermənistanın ərazisi 29 min 800 kvadrat kilometr olduğunu, haradan - bu dağdan, bu dərədən, bu çaydan keçdiyini və s. təsdiqləməliyik. İkincisi, "Qarabağ xalqı"nın (Qarabağda məskunlaşan erməni icması - red.) hüquqlarının müdafiəsi ilə bağlı konkret və aydın beynəlxalq mexanizmlər olmalıdır ki, bu insanlar orada təhlükəsiz yaşasınlar. İndi bununla bağlı razılaşma yoxdur. Amma bu haqda söhbət gedirsə, müharibədən daha yaxşıdır".
O bildirib ki, Ermənistan əgər indi aydın xətlər çəkib desə ki, bu belədir, onda orduya əmr verməlidir ki, hazır olun, çünki belə bir şey etdikdən 10 dəqiqə sonra əks-reaksiya ola bilər.