Naxçıvanda qəzada ölənlər toydan qayıdırmış - YENİLƏNİB - FOTO
Naxçıvanın Kəngərli rayonunda ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.
Trend-in məlumatına görə, xəsarət alan 4 nəfərin vəziyyəti isə orta ağırdır.
--------
09:46
Naxçıvanda baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.
meqale.com APA-ya istinadən bildirir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər ölüb.
Qəzada yaralı olan beş nəfərin vəziyyəti də ağır qiymətləndirilir.
Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.