Naxçıvanda ağır yol qəzası - 5 nəfər öldü, xəsarət alanlar var
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.
Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.
Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.