Müğənninin qızına aldığı qızılları nümayiş etdirdi - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin eks-sevgilisi olduğunu iddia edən Kemal Mustafa "Təsir dairəsi" verilişinə çıxaraq kömək istəyib. 

meqale.com axşam.az-a istinadən bildirir ki, Kemal Xatirə ilə evlənmək niyyəti olduğunu deyib. O bildirib ki, ifaçının qızına dəyərli hədiyyələr, qızıllar alıb:

"Xatirə ilə feysbukda tanış oldum. Anam da bilirdi münasibətimizi, ailəm Bakıya gəlməyimə yardım etdi. Xatirənin anası dedi ki, ev al, sonra Cavanşir Məmmədova deyək ki, evlənmək istəyirsən. Bir miras mövzumuz var idi, miras bölündü. İlkin ödəniş edib ev aldım. Ayda kredit ödəyirdim. Türkiyədə agentliyim var idi. Dedim ki, Xatirə, əgər evlənəcəyiksə, satım gəlim. Dedi, sat. Satdım, gəldim Bakıya. Xatirəyə dedim ki, evlənək. Hər dəfə bəhanə gətirib uzadırdı. Xanımına da, Xatirəyə də dedim ki, utanıram, evə girib-çıxıram, evlənək".

C.Məmmədov Mustafanın ondan külli miqdarda pul aldığını söyləyib. Mustafa isə pulları özünün yox, Xatirənin aldığını iddia edib. 

Mustafa Xatirəyə aldığı qızılların fotolarını da göstərib. Aparıcı Lalə Azərtaş qızılların həqiqətən də Xatirəyə alındığını sübut edən fotoların olduğunu bildirib.