Yasamalda evləri niyə su basıb?

Yeni Yasamal 2B-də yarımçıq məktəb adlanan ərazidə yaşayan bir ailənin evinin həyətinə artıq 3 aya yaxındır ki, mənbəyi bilinməyən su axır. Üfunət və gölməçədən təngə gələn sakinlər problemin tezliklə həll olunmasını istəyirlər. 

meqale.com xəbər verir ki, sakinlərin sözlərinə görə axıdılan su pis qoxu ilə yanaşı rütubətlik də verir. Bu səbəbdən evlərdə ağcaqanad əlindən tərpənmək olmur. 

Bəs bu sakinlərin dərdinə niyə çarə qılan yoxdur? 

Məsələ ilə bağlı ADSEA-dan bildirildi ki, problem müvafiq rayon su kanal idarəsinə yönləndirilib. Əraziyə baxış keçirildən sonra tədbirlər görülücək.