Motosiklet avtomobilə çırpılıb, xəsarət alan var - FOTO

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Motosiklet avtomobilə çırpılıb, xəsarət alan var - FOTO
Bakının Səbail rayonunda yol qəzası baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, qəza Üzeyr Hacıbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, Arzu Məmmədzadə bildirib ki, idarəetməsində olan "Cherry" markalı maşınla Bülbül prospektində işıqforun yaşıl işığından keçən zaman motosiklet sürücüsü qəfil onun qarşısına çıxıb.

Toqquşma nəticəsində motosikletin sürücüsü xəsarət alıb.

Motosiklet isə iki hissəyə bölünüb.

Faktla bağlı əraziyə Səbail Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.