Milanda qocalar evində yanğın baş verib, 6 nəfər ölüb

İtaliyanın Milan şəhərində yerləşən qocalar evində baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan xəsarət alıb.

Milanda qocalar evində yanğın baş verib, 6 nəfər ölüb
İtaliyanın Milan şəhərində yerləşən qocalar evində baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan xəsarət alıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında başlayan yanğının söndürülməsi səhərə qədər davam edib.

Qocalar evində olan 160 nəfərdən 81-i xəstəxanalara yerləşdirilib, həmin şəxslərdən 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hadisə ilə bağlı araşdırma aparılır.