Meyxanaçı Kərim dəfn olundu - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün meyxanaçı Ağakərim (Kərim Novruzov) 61 yaşında vəfat edib.

Meyxanaçı Kərim dəfn olundu - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün meyxanaçı Ağakərim (Kərim Novruzov) 61 yaşında vəfat edib.

meqale.com xəbər verir ki, söz ustadı Maştağada dəfn edilib. Onun nəşi Maştağa kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Mərasimdə mərhumun sənət dostları, yaxınları iştirak ediblər.

Qeyd edək ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızmış və səhhətində ciddi problemlər yaranmışdı.