19 yaşlı gənc qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib.
2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib.
Yaxınları onun insult keçirdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır