"Napoli"nin finaldakı rəqibi bəlli oldu

Futbol üzrə İtaliya Superkubokunda ilk finalçı müəyyənləşib.

Futbol üzrə İtaliya Superkubokunda ilk finalçı müəyyənləşib.

meqale.com xəbər verir ki, turnirin yarımfinal mərhələsində "Bolonya" Səudiyyə Ərəbistanında keçirilən oyunda "İnter"lə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə daha dəqiq olan "Bolonya" rəqibini 3:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Matçın 2-ci dəqiqəsində "İnter"in heyətində Markus Tyuram hesabı açıb. "Bolonya" isə 35-ci dəqiqədə Rikardo Orsolinin penalti zərbəsindən vurduğu qolla tarazlığı bərpa edib.

Qeyd edək ki, "İnter" İtaliyanın vitse-çempionu, "Bolonya" isə ölkə kubokunun hazırkı sahibidir. Digər yarımfinal oyununda İtaliya çempionu "Napoli" kubokun son finalçısı "Milan"ı 2:0 hesabı ilə məğlub edib.

İtaliya Superkubokunun final qarşılaşması dekabrın 22-də baş tutacaq. Ötən mövsüm bu titulu "Milan" qazanmışdı - komanda finalda "İnter"ə 3:2 hesabı ilə qalib gəlmişdi. Turnirin tarixində ən çox çempionluq yaşayan klub isə 9 dəfə kuboku qazanan "Yuventus"dur. "Bolonya" isə tarixində ilk dəfə İtaliya Superkubokunun finalında mübarizə aparacaq.