Mətanət oğlunu evləndirir? - "Dünəndən telefonum susmur"

Aparıcı Mətanət Əliverdiyeva ötən gün yayımlanan "Xəzər axşamı" verilişindən sonra telefonunun susmadığını bildirib.

Mətanət oğlunu evləndirir? -
Aparıcı Mətanət Əliverdiyeva ötən gün yayımlanan "Xəzər axşamı" verilişindən sonra telefonunun susmadığını bildirib.

meqale.com xəbər verir ki, o, bunun səbəbini bugünkü proqramında belə izah edib:

"Dünən Nazilə Səfərli verilişimdə qonaq olarkən soruşdu ki, oğlunun neçə yaşı var? Hələ evləndirmirsən? Cavab verdim ki, artıq 32 yaşı var. Mən evlənəsi deyiləm ki, nə vaxt münasib bir qız çıxsa, ailə quracaq. Və sonra Nazilə mənə söz atdı ki, bilirəm, 27 yaşında yaxşı bir qız. Vəssəlam, dünəndən nə Nazilənin, nə də mənim telefonum susur.