Məşhurlardan “Qarabağ” - “Braqa” oyununa PROQNOZ

"Qarabağ" bu gün Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə cavab matçına çıxacaq.

Məşhurlardan “Qarabağ” - “Braqa” oyununa PROQNOZ
"Qarabağ" bu gün Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə cavab matçına çıxacaq.

meqale.com xəbər verir ki, Azərbaycanın tanınmış simaları Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma ilə bağlı İdman.Biz-in sorğusunu cavablandırıblar.

Müxtəlif sahələrin məşhurları Portuqaliya təmsilçisi önündə Qurban Qurbanovun yetirmələrini daha şanslı hesab edirlər.

Maraqlıdır ki, səsvermədə iştirak edənlərin hamısı "Qarabağ"ın qalib gələcəyini bildiriblər. Yalnız cüdoçu Turan Bayramov görüşün heç-heçə bitəcəyini proqnozlaşdırır.

Alim Qasımov (xalq artisti) - 2:0 Bəhram Bağırzadə (aktyor) - "Qarabağ" qələbə qazanacaq Eldəniz Əzizli (güləşçi) - 2:1 Vaqif Sadıqov (AFFA-nın vitse-prezidenti) - "Qarabağ" yenidən tarix yazacaq Rəşad Məcid (Mətbuat Şurasının sədri) - 2:1 Firdovsi Umudov (güləş mütəxəssisi) - 3:1 Turan Bayramov (cüdoçu) - 2:2 Əli Mirəliyev (müğənni) - "Qarabağ" qalib gələcək Aqil Abbas (deputat) - 3:1 Orxan Səfərov (cüdoçu) - 2:1 Bilal Əliyev (müğənni) - 2:1