Məşhur modelin istehsalı və satışı dayandırıldı - FOTO
Almaniyanın "Porsche" şirkəti "Panamera Sport Turismo" universalının istehsalını və satışını dayandırıb.
meqale.com oxuya istinadən xəbər verir ki, model artıq istehsal olunmayacaq.
Modelin zəif tələbat səbəbindən istehsalı dayandırıldığı qeyd edilir. "Sport Turismo Panamera"nın gəliri ümumi satışlarının 10%-dən azını təşkil edirdi.
"Porsche Panamera Sport Turismo" ilk dəfə 2017-ci ildə təqdim edilib və 2020-ci ildə restaylinq olunub.