Merihin Ronaldoya etdiyi hərəkət gündəm oldu - FOTO
"Əl-Əhli" klubunun türkiyəli müdafiəçisi Merih Demiral "Əl Nəsr"lə 2:2 hesabı ilə başa çatan oyunda Kristiano Ronaldonun arxasından etdiyi hərəkətlə gündəm olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən epizodun görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.
Bir çox azarkeş və futbol ictimaiyyəti bu davranışı etik olmayan və hörmətsiz addım kimi qiymətləndirərək Merih Demiralı tənqid edib.