"Mən bu zavodun tikintisinin qəti əleyhinəyəm"

Dünya birliyi Ermənistanla Azərbaycanın Naxçıvan sərhədində yerləşən Arazdəyən kəndində metallurgiya zavodunun tikintisinin qarşısını almaq üçün tədbirlər görməlidir.

Dünya birliyi Ermənistanla Azərbaycanın Naxçıvan sərhədində yerləşən Arazdəyən kəndində metallurgiya zavodunun tikintisinin qarşısını almaq üçün tədbirlər görməlidir.

Bu barədə Trend-ə "Network of TB Champions" (Kenya) təşkilatının nümayəndəsi Stiven Anquva Şikoli deyib.

"Mən bu zavodun tikintisinin qəti əleyhinəyəm, çünki bu obyektdə istehsal prosesi zamanı buraxılacaq kimyəvi maddələr təkcə onun ətrafını deyil, daha geniş regionu da çirkləndirəcək. Nəfəs aldığımız hava, iqlimimiz hamısı bir-birinə bağlıdır. Beləliklə, bu fəlakətli tikinti hətta Afrikada da havanı çirkləndirəcək", - deyə o bildirib.

Ekspertin fikrincə, bu, məsələn, Keniyada vəhşi təbiətə böyük təsir göstərəcək:

"Biz artıq dünyada belə zavodların təbiəti necə öldürdüyünü görmüşük. Bu polad zavodunun tikintisinə xərclənən bütün bu pullar yeni xəstəxanaların və ya məktəblərin tikintisinə sərf oluna bilərdi. Ona görə də mən qlobal vətəndaş cəmiyyətini bu zavodun tikintisinə qarşı çıxmağa çağırıram".

Qeyd etmək lazımdır ki, Ermənistan-ABŞ polad zavodu 16500 kvadratmetr geniş ərazini əhatə edir və illik istehsal gücü 180 min ton olacağı gözlənilir.

meqale.com