Mask ilk dəfə xanımı ilə - FOTOlar
"SpaceX" və "Tesla" şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask 3 övladının anası, "Neuralink" şirkətinin xüsusi layihələr üzrə direktoru Şivon Zilislə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Trampın andiçmə mərasimindən sonra təşkil olunan şam yeməyinə qatılıblar.
Zilis tədbir boyunca "Amazon"un qurucusu Ceff Bezos, onun nişanlısı Lauren Sançez, Trampın qızı İvanka Tramp, onun həyat yoldaşı Kared Kuşnerlə danışıb.