Maşınını təmir edərkən altında qalıb öldü
Gəncədə dekabrın 12-də baş verən bədbəxt hadisə zamanı bir nəfər ölüb.
meqale.com xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində qeydə alınıb.
1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov öz avtomobili "VAZ-21011" markalı maşını təmir etdiyi zaman qaldırıcı sıradan çıxıb və avtomobil onun üzərinə düşüb. Nəticədə o, hadisə yerində ölüb.
Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.