Xırdalanda yaşayış binasında yanğın - Xəsarət alanlar var - FOTO
APA-nın məlumatına görə, yanğın "Kristal Abşeron-2" yaşayış kompleksində, hündürmərtəbəli binanın 10-cu mərtəbəsində olub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır. ----------
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.