Göygöldə avtomobil piyadanı vuraraq öldürdü - FOTO

Xəbərə fotolar əlavə edilib.

Göygöldə avtomobil piyadanı vuraraq öldürdü - FOTO
Xəbərə fotolar əlavə edilib.

----------- Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com-ın məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan "KİA" markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub. Piyada hadisə yerində ölüb. Qəzada sonra minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.