Faciəvi şəkildə ölən Əvəz dəfn olundu - FOTO
Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində ölən dənizçi Əvəz Cəfərov dəfn olunub.
meqale.com oxuya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Ə.Cəfərov Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, ilkin məlumata əsasən, bədbəxt hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib və onu cərəyan vurub.