Marsda ilk dəfə üzvi birləşmələrin izləri aşkar olundu
NASA-nın "Perseverance" roveri ilk dəfə Mars kraterində üzvi birləşmələrin izlərini aşkar edib.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə Britaniyanın "Nature" elmi jurnalında məqalə dərc olunub.
Tədqiqatda dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak etdiyi bildirilib. Məlumata görə, cihaz "kraterin dibindəki süxurlarda bir və ya iki karbon halqası olan müxtəlif üzvi molekullara uyğun gələn izlər tapıb".
Eyni zamanda, tədqiqat müəllifləri hansı növ üzvi maddələrin tapıldığını müəyyən edə bilməyiblər.
Elm adamları bu qənaətə 45 kilometrdən çox eni olan Ezero kraterində rover tərəfindən çəkilmiş yüksək ayırdedici şəkilləri təhlil edərək gəliblər.