Lalə kimə SÖZ ATDI?: “Silikonlu və botokslu üzdə…” - FOTO
Aparıcı Lalə Əlimuxtarova plastik və estetik əməliyyat etdirən məşhurların "bostanını daşlayıb".
meqale.com yenicag.az-a istinadən xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında yeni fotolarını paylaşıb.
Estetik əməliyyat etdirmədiyini qabardan Lalə ad çəkmədən atmaca atıb:
"İnsanın üzü içində yazılır. Təbii ki silikonlu və botokslu üzdə yox. Çalışın içiniz, qəlbiniz dürüst və pak olsun. İnanın, həyatınız gözəl və qəlbinizə görə olacaq".
Aparıcının bu sözləri geniş müzakirələrə səbəb olub.
Fotoları təqdim edirik:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun