Küveyt Türkiyə ilə "Bayraktar" PUA-sının alınması üçün müqavilə imzaladı

Küveyt Türkiyə ilə 18 ədəd "Bayraktar" zərbə pilotsuz təyyarəsinin alınması üçün müqavilə imzalayıb.

Küveyt Türkiyə ilə
Küveyt Türkiyə ilə 18 ədəd "Bayraktar" zərbə pilotsuz təyyarəsinin alınması üçün müqavilə imzalayıb.

meqale.com TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Küveytdəki səfiri Tuba Nur Sönməz bildirib.

Bu il iyunun 13-də Küveyt Müdafiə Nazirliyi Türkiyə ilə Bayraktar TB2 PUA-larının tədarükü ilə bağlı 367 milyon dollar məbləğində müqavilə imzaladığını açıqlasa da, nazirlik Küveytin sifariş etdiyi PUA-ların dəqiq sayını açıqlamayıb.