Kredit faizləri aşağı salınacaq? - Mərkəzi Bank sədrindən açıqlama
Yükəsk inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılması məqbul hesab edilmir.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, Azərbaycanda kredit faizləri hüquqi şəxslər üzrə 10,1 faiz, fiziki şəxslər üçün isə 16,1 faizdir.