Kenanla Arda Yamal alan mükafata namizəd oldular
"Globe Soccer Awards" təşkilatçıları "2025-ci ilin ən yaxşı gənc futbolçusu" mükafatı üçün namizədlərin siyahısını ictimaiyyətə təqdim edib.
meqale.com-ın Türkiyə mediasına istinadən məlumatına görə, siyahıda ümumilikdə 11 perspektivli futbolçu yer alıb. Namizədlər sırasında Eliss Ben Seqir ("Monako"/"Bayer Leverkuzen"), Pau Kubarsi ("Barselona"), eləcə də PSJ-dən üç gənc - Dezire Due, Xuan Neves və Varren Zair-Emeri var.
Bundan başqa "Real Madrid"in futbolçusu Arda Güler, hazırda "Bornmut"da çıxış edən, amma madridlilərə məxsus olan Din Höysen, "Arsenal"dan Maylz Luis-Skelli, "Portu"nun gənc hücumçusu Rodriqo Mora, "Komo"dan Niko Paz və "Yuventus"un istedadlı oyunçusu Kenan Yıldız siyahıya daxil edilib.
Xatırladaq ki, ötən il bu mükafatın qalibi "Barselona"nın gənc ulduzu Lamin Yamal olmuşdu.